Məktəb müəllimlərinin və işçilərinin 70%-i peyvənd olunub – təhsil naziri
Təhsil naziri Mixeil Çxenkeli bildirib ki, məktəb müəllimləri və inzibati işçilərin 70%-i peyvənd olunub. O, bunu bu gün, dekabrın 1-də parlamentdə keçirilən dinləmələr zamanı deyib.

“Peyvəndləşmiş dövlət və özəl məktəb müəllimlərinin və inzibati işçilərin sayı 9%-dən 70%-ə yüksəlib və hər gün artmaqda davam edir. Covid-19-a görə müəllimlər və inzibati heyətin məktəblərdə təhlükəsiz mühitini təmin etmək üçün fəal şəkildə koronovirus testləri keçirilir.

Yeni qaydaya əsasən, peyvənd olunmuş məktəb işçilərinin 2 doza ilə peyvənd olunan heyəti hər 14 gündə bir dəfə, peyvəndləri tam olmayan və ya peyvənd olunmayanlar isə 7 gündə bir dəfə koronavirusa görə analiz verəcəklər. Dövlət bu prosesi tam təmin edəcək”,
- deyə Çxenkeli bildirib.

Mənbə: Netgazeti
Print