SOCAR-ın Gürcüstandakı fəaliyyətinin 15 illiyi tamam olur
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda fəaliyyətinin 15 illiyini qeyd edir.

Şirkət Gürcüstan bazarına 2006-cı ildə daxil olub.

SOCAR-ın ölkədəki törəmə “SOCAR Georgia Petroleum” şirkətindən bildirilib ki, Gürcüstan şirkətin Azərbaycanın hüdudlarından kənarda yanacaq doldurma məntəqəsinin açıldığı ilk ölkə olub.

Bundan başqa, SOCAR Gürcüstanda ən iri investorlardan biridir və uzun illər boyu ən böyük vergi ödəyicisidir. Şirkətin Gürcüstan üzrə əməkdaşlarının sayı 4 min nəfərdən çoxdur.

Mənbə: report.az
Print