Ötən ay Gürcüstana bəyan edilməyən xarici valyutaların keçirilməsi
ilə bağlı bir neçə cəhdin qarşısı alınıb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat
yayıb.
Bildirilib ki, gömrük nəzarətindən gizlədilmiş pullar - Tbilisi
hava limanı və “Qırmızı körpü” gömrük məntəqəsində Gürcüstan,
Qazaxıstan, İran və Küveyt vətəndaşlarında aşkarlanıb. Xarici
valyutaların ümumi məbləği 306 400 ABŞ dolları, 90 445 avro və 9
027 Azərbaycan manatı təşkil edib.
Gürcüstan qanunvericiliyinə əsasən, qanunu pozan şəxslər bəyan
edilməmiş məbləğin 10 %-i həcmində cərimə olunublar.
Mənbə: report.az