Gürcüstanın Baş naziri “Şərq tərəfdaşlığı” sammitinə dəvət alıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə dəvət olunub.

Bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda bildirilib.

Rəsmi dəvət Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən ünvanlanıb.

Məktubda qeyd olunub ki, sammit davam edən qlobal çağırışlar arasında “Şərq tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcək.

Əməkdaşlığın dərinləşdirilməsi, qlobal və regional çağırışlara cavab və digər önəmli məsələlərin müzakirəsinin aparılacağı toplantıda Aİ-yə üzv 27 ölkə və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının qatılacağı bildirilib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google