Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə
keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə dəvət olunub.
Bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda bildirilib.
Rəsmi dəvət Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən
ünvanlanıb.
Məktubda qeyd olunub ki, sammit davam edən qlobal çağırışlar
arasında “Şərq tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha
təsdiqləyəcək.
Əməkdaşlığın dərinləşdirilməsi, qlobal və regional çağırışlara
cavab və digər önəmli məsələlərin müzakirəsinin aparılacağı
toplantıda Aİ-yə üzv 27 ölkə və “Şərq tərəfdaşlığı” ölkələrinin
dövlət və hökumət başçılarının qatılacağı bildirilib.
Mənbə: report.az