Cari ilin 9 ayında Gürcüstan iqtisadiyyatı 10,5 faiz, oktyabr
ayında isə ölkədə ümumi daxili məhsul istehsalı 6,9 faiz artıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilib ki, iqtisadi artım əsasən istehsal, nəqliyyat və anbar
təsərrüfatı, incəsənət, əyləncə və istirahət, elektrik enerjisi,
qaz, kondisioner, maliyyə və sığorta fəaliyyəti, mehmanxana və
restoranlar kimi sahələrdə müşahidə olunub.
Tikinti sahəsində isə azalma müşahidə olunub.
Mənbə: azertac.az