Doqquz ayda Gürcüstan iqtisadiyyatı 10,5 faiz artıb
Cari ilin 9 ayında Gürcüstan iqtisadiyyatı 10,5 faiz, oktyabr ayında isə ölkədə ümumi daxili məhsul istehsalı 6,9 faiz artıb.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, iqtisadi artım əsasən istehsal, nəqliyyat və anbar təsərrüfatı, incəsənət, əyləncə və istirahət, elektrik enerjisi, qaz, kondisioner, maliyyə və sığorta fəaliyyəti, mehmanxana və restoranlar kimi sahələrdə müşahidə olunub.

Tikinti sahəsində isə azalma müşahidə olunub.

Mənbə: azertac.az
Print