Gürcüstanda son sutka ərzində koronavirusa 3 731 yeni yoluxma faktı
qeydə alınıb, 4 295 nəfər müalicə olunaraq sağalıb, 72 pasiyent
vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyası 853 833
nəfərdə aşkarlanıb. Onların 796 453-ü sağalıb, 12 191-i isə
ölüb.
Stopcov.ge-də dərc olunan məlumata görə, sutka ərzində 50 626 test
aparılıb. Aparılmış testin 31 151-i sürətli antigendir, 19 475-i
isə PCR-dir.
Son 24 saat ərzində 11 099 nəfər peyvənd olunub. Ümumilikdə isə
Gürcüstanda 2 197 838 nəfərdir.
Hal-hazırda karantin rejimində 33, stasionar nəzarət altında 6 541,
kliniki mehmanxanalarda isə 1 144 nəfərdir.
Öklə üzrə yoluxma göstəriciləri:
- Tbilisi - 1 491
- Acarıstan - 172
- İmereti - 646
- Kvemo Kartli - 196
- Şida Kartli - 327
- Quriya - 104
- Sameqrelo - Zemo Svaneti - 328
- Kaxeti - 199
- Mtsxeta- Mtianeti - 86
- Samtsxe-Cavaxeti - 146
- Raça-Leçxumi - Kvemo Svaneti - 36.