Gürcüstanda daha 3 731 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutka ərzində koronavirusa 3 731 yeni yoluxma faktı qeydə alınıb, 4 295 nəfər müalicə olunaraq sağalıb, 72 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyası 853 833 nəfərdə aşkarlanıb. Onların 796 453-ü sağalıb, 12 191-i isə ölüb.

Stopcov.ge-də dərc olunan məlumata görə, sutka ərzində 50 626 test aparılıb. Aparılmış testin 31 151-i sürətli antigendir, 19 475-i isə PCR-dir.

Son 24 saat ərzində 11 099 nəfər peyvənd olunub. Ümumilikdə isə Gürcüstanda 2 197 838 nəfərdir.

Hal-hazırda karantin rejimində 33, stasionar nəzarət altında 6 541, kliniki mehmanxanalarda isə 1 144 nəfərdir.

Öklə üzrə yoluxma göstəriciləri:
  • Tbilisi - 1 491
  • Acarıstan - 172
  • İmereti - 646
  • Kvemo Kartli - 196
  • Şida Kartli - 327
  • Quriya - 104
  • Sameqrelo - Zemo Svaneti - 328
  • Kaxeti - 199
  • Mtsxeta- Mtianeti - 86
  • Samtsxe-Cavaxeti - 146
  • Raça-Leçxumi - Kvemo Svaneti - 36.

"Marneuli" Radiosu
Print