Təhsil və elm naziri Mixeil Çxenkelinin sözlərinə görə, məktəb
müəllimləri üçün müsabiqə yanvar ayından başlayacaq.
Mixeil Çxenkelinin parlamentin plenar iclasında “Nazir saatı”
formatında bildirdiyinəgörə, müəllimlər üçün müsabiqə yüksək
səviyyədə keçiriləcək.
“Sistemə çox böyük sayda yeni kadrlar daxil olacaq.
Vakant yerlər yaranıb, ona görə də yanvar ayından məktəblərdə
müsabiqələr başlayacaq. Çoxları bu peşəyə girmək istəyir.
Müsabiqələr çox yüksək səviyyədə keçiriləcək və sinifdə buna layiq
olan müəllim iştirak edəcək. İki əsas meyar var - o, öz fənnini
bilməli və öyrətməyi bacarmalıdır. Qoyulmuş bariyeri keçən
təcrübəçi müəllimlər avtomatik olaraq statuslarını yüksəldəcək,
bariyeri keçə bilməyənləri isə yanvarda keçiriləcək müsabiqədə
seçiləcək yeni müəllim əvəz edəcək", - deyə Mixeil
Çxenkeli bildirib.