Mixeil Çxenkelinin sözlərinə görə, məktəb müəllimləri üçün müsabiqə yanvar ayında başlayacaq
Təhsil və elm naziri Mixeil Çxenkelinin sözlərinə görə, məktəb müəllimləri üçün müsabiqə yanvar ayından başlayacaq.

Mixeil Çxenkelinin parlamentin plenar iclasında “Nazir saatı” formatında bildirdiyinəgörə, müəllimlər üçün müsabiqə yüksək səviyyədə keçiriləcək.

“Sistemə çox böyük sayda yeni kadrlar daxil olacaq. Vakant yerlər yaranıb, ona görə də yanvar ayından məktəblərdə müsabiqələr başlayacaq. Çoxları bu peşəyə girmək istəyir. Müsabiqələr çox yüksək səviyyədə keçiriləcək və sinifdə buna layiq olan müəllim iştirak edəcək. İki əsas meyar var - o, öz fənnini bilməli və öyrətməyi bacarmalıdır. Qoyulmuş bariyeri keçən təcrübəçi müəllimlər avtomatik olaraq statuslarını yüksəldəcək, bariyeri keçə bilməyənləri isə yanvarda keçiriləcək müsabiqədə seçiləcək yeni müəllim əvəz edəcək", - deyə Mixeil Çxenkeli bildirib.

Mənbə: report.ge
Print