Parlament it və pişikləri tərk etməyə görə cərimələrin tətbiqini dəstəkləyib
Parlament birinci oxunuşda it və ya pişiyi tərk edən sahibinin cərimələnməsini dəstəkləyib.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, qeydiyyatda olan it və ya pişiyi sahibinin tərk etməsinə görə sahibini 500 lari, təkrar etdikdə isə 1000 lari məbləğində cərimə gözləyir; Eyni əməl hüquqi və ya fərdi sahibkar tərəfindən törədildikdə 1500 lari, təkrar törədildikdə isə 3000 lari miqdarında məbləğlə cəzalandırılır.

Qanun 2022-ci ilin sonunda qüvvəyə minəcək.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google