Parlament birinci oxunuşda it və ya pişiyi tərk edən sahibinin
cərimələnməsini dəstəkləyib.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə əsasən,
qeydiyyatda olan it və ya pişiyi sahibinin tərk etməsinə görə
sahibini 500 lari, təkrar etdikdə isə 1000 lari məbləğində cərimə
gözləyir; Eyni əməl hüquqi və ya fərdi sahibkar tərəfindən
törədildikdə 1500 lari, təkrar törədildikdə isə 3000 lari
miqdarında məbləğlə cəzalandırılır.
Qanun 2022-ci ilin sonunda qüvvəyə minəcək.