Münhendə İkinci Dünya Müharibəsi zamanından qalmış bombanın partlaması nəticəsində 4 nəfər yaralanıb
Almaniyanın Münhen şəhərində tikinti meydançasında İkinci Dünya Müharibəsi zaman atılan 250 kiloqramlıq bomba partlayıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Məlumatı BBC yayıb.

Partlayış şəhərin əsas dəmiryol stansiyasının yaxınlığında baş verdiyinə görə qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Yerli polisin məlumatına görə, partlayışın mümkün səbəbi yeraltı qazma işləridir.

Almaniyada İkinci Dünya Müharibəsi zamanından qalmış partlamamış hərbi sursatlara tez-tez rast gəlinir. Onların əksəriyyətini asanlıqla təhlükəsizləşdirirlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google