Almaniyanın Münhen şəhərində tikinti meydançasında İkinci Dünya
Müharibəsi zaman atılan 250 kiloqramlıq bomba partlayıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti
ağırdır.
Məlumatı BBC yayıb.
Partlayış şəhərin əsas dəmiryol stansiyasının yaxınlığında baş
verdiyinə görə qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Yerli polisin məlumatına görə, partlayışın mümkün səbəbi yeraltı
qazma işləridir.
Almaniyada İkinci Dünya Müharibəsi zamanından qalmış partlamamış
hərbi sursatlara tez-tez rast gəlinir. Onların əksəriyyətini
asanlıqla təhlükəsizləşdirirlər.