Üç ildən artıqdır Moskvada olan ABŞ səfirliyinin əməkdaşları
yanvarın 31-dək ölkəni tərk etməlidirlər,
- mətbuatın bildirdiyinə görə bu haqda bəyanatı Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova yayıb.
Bir neçə gün əvvəl Rusiyanın ABŞ-dakı səfiri 27 rusiyalı diplomatın
ailə üzvləri ilə birlikdə ABŞ-dan çıxarıldığını və onların 2022-ci
il yanvarın 30-na kimi ölkəni tərk etməli olduqlarını
açıqlamışdı.
"Biz ABŞ-ın tələbini deportasiya kimi qiymətləndiririk
və buna uyğun cavab verəcəyik. Üç ildən artıqdır Moskvada olan ABŞ
səfirliyinin əməkdaşları 2022-ci il yanvarın 31-dək Rusiyanı tərk
etməlidirlər", - deyə Zaxarova bildirib.
O, bunun Rusiyanın seçimi olmadığını və “oxşar oyunun ABŞ
tərəfindən qoyulduğunu” deyib.