Rəsmi Moskva ABŞ səfirliyinin bəzi əməkdaşlarından ölkəni tərk etməyi xahiş edir
Üç ildən artıqdır Moskvada olan ABŞ səfirliyinin əməkdaşları yanvarın 31-dək ölkəni tərk etməlidirlər, - mətbuatın bildirdiyinə görə bu haqda bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yayıb.

Bir neçə gün əvvəl Rusiyanın ABŞ-dakı səfiri 27 rusiyalı diplomatın ailə üzvləri ilə birlikdə ABŞ-dan çıxarıldığını və onların 2022-ci il yanvarın 30-na kimi ölkəni tərk etməli olduqlarını açıqlamışdı.

"Biz ABŞ-ın tələbini deportasiya kimi qiymətləndiririk və buna uyğun cavab verəcəyik. Üç ildən artıqdır Moskvada olan ABŞ səfirliyinin əməkdaşları 2022-ci il yanvarın 31-dək Rusiyanı tərk etməlidirlər", - deyə Zaxarova bildirib.

O, bunun Rusiyanın seçimi olmadığını və “oxşar oyunun ABŞ tərəfindən qoyulduğunu” deyib.

Mənbə: İnterPressNews
Print