“Dövlət təhlükəsizlik xidməti tamamilə ləğv olunsun,
qapadılsın, bağlansın, böyük qıfıl asılsın, onun yerində diskoteka
açılsın və əgər kimsə belə yerdə əylənməyi sevirsə ora getsin, bu
qurum tamamilə dəyişdirilməlidir”,
- deyə Mixeil Saakaşvili bu gün, dekabrın 2-də bildirib. O, dövlət
əmlakını mənimsəməkdə ittiham olunur.
Mixail Saakaşvili məhkəmədə dövlət təşkilatı məsələsinə ətraflı
toxunub. O bildirib ki, məsələn, polis rəisləri seçilməlidir.
“Məsələn, Tsalencixa və ya Batuminin şərifləri seçməli idi, ondan
sonra bəzi adamları dağıtmaq üçün Ozurqetidən xüsusi təyinatlılar
gətiriləsi olmayacaqdı”, - deyə o əlavə edib.
Eks-prezidentin fikrincə, “məhkəmə sistemi tamamilə
dəyişdirilməlidir” və hakimlər ömürlük təyin edilməməlidir. O,
xarici hakimlərin də çağırılmasını zəruri sayır.
İstintaqın məlumatına görə, Saakaşvili ilə o zamankı Xüsusi Dövlət
Mühafizə Xidmətinin rəhbəri arasında bağlanmış razılaşmaya, habelə
Saakaşvilinin verdiyi sərəncama əsasən, 2009-2013-cü illərdə
dövlətə məxsus 8 milyon 837 min 461 lari əsassız xərclənib.