"Dövlət təhlükəsizlik xidməti bağlanmalı və əvəzinə diskoteka açılmalıdır" - Mixeil Saakaşvili

“Dövlət təhlükəsizlik xidməti tamamilə ləğv olunsun, qapadılsın, bağlansın, böyük qıfıl asılsın, onun yerində diskoteka açılsın və əgər kimsə belə yerdə əylənməyi sevirsə ora getsin, bu qurum tamamilə dəyişdirilməlidir”,

- deyə Mixeil Saakaşvili bu gün, dekabrın 2-də bildirib. O, dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Mixail Saakaşvili məhkəmədə dövlət təşkilatı məsələsinə ətraflı toxunub. O bildirib ki, məsələn, polis rəisləri seçilməlidir.

“Məsələn, Tsalencixa və ya Batuminin şərifləri seçməli idi, ondan sonra bəzi adamları dağıtmaq üçün Ozurqetidən xüsusi təyinatlılar gətiriləsi olmayacaqdı”,
- deyə o əlavə edib.

Eks-prezidentin fikrincə, “məhkəmə sistemi tamamilə dəyişdirilməlidir” və hakimlər ömürlük təyin edilməməlidir. O, xarici hakimlərin də çağırılmasını zəruri sayır.

İstintaqın məlumatına görə, Saakaşvili ilə o zamankı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri arasında bağlanmış razılaşmaya, habelə Saakaşvilinin verdiyi sərəncama əsasən, 2009-2013-cü illərdə dövlətə məxsus 8 milyon 837 min 461 lari əsassız xərclənib.

Mənbə: batumelebi.netgazeti.ge

 

Print