28 yaşlı oğlan koronavirusdan dünyasını dəyişib
Saqareco bələdiyyəsinin Patardzeuli kəndində 28 yaşlı gənc koronavirusdan dünyasını dəyişib.

Yoluxmuş şəxs Saqarecoda yerləşən Geo-Hospitals xəstəxanasında müalicə olunurdu. “İnfo Rustavi” xəbər agentliyinə tibb müəssisəsindən verilən məlumata görə, xəstə 24 ballıq ağciyər zədələnməsi ilə qəbul edilib və gecikib.

Gənc oğlan həmçinin artıq çəkili olub və iki həftə imiş ki, virusla mübarizə aparırmış. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Print Email
FaceBook Twitter Google