Gürcüstanda daha 4 100 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutka ərzində koronavirusa 4 100 yeni yoluxma faktı qeydə alınıb, 3 397 nəfər müalicə olunaraq sağalıb, 67 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyası 857 933 nəfərdə aşkarlanıb. Onların 799 850-i sağalıb, 12 258-i isə ölüb.

Stopcov.ge-də dərc olunan məlumata görə, sutka ərzində 51 749 test aparılıb. Aparılmış testin 31 223-ü sürətli antigendir, 20 526-i isə PCR-dir.

Son 24 saat ərzində 11 699 nəfər peyvənd olunub. Ümumilikdə isə Gürcüstanda 2 211 839 nəfərdir.

Hal-hazırda karantin rejimində 33, stasionar nəzarət altında 6 550, kliniki mehmanxanalarda isə 1 127 nəfərdir.

Öklə üzrə yoluxma göstəriciləri:
  • Tbilisi - 1 658
  • Acarıstan - 189
  • İmereti - 675
  • Kvemo Kartli - 247
  • Şida Kartli - 401
  • Quriya - 101
  • Sameqrelo - Zemo Svaneti - 302
  • Kaxeti - 252
  • Mtsxeta- Mtianeti - 102
  • Samtsxe-Cavaxeti - 134
  • Raça-Leçxumi - Kvemo Svaneti - 29.

 

Print Email
FaceBook Twitter Google