Ann Linde: “ATƏT Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır”
“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın qurulmasına tərəfdardır”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

“Əminəm ki, Ermənistan, Azərbaycan və Gürcüstan arasında münasibətlərin qurulması üstünlüklər yaradır”, - o deyib.

A.Linde vurğulayıb ki, ATƏT bu istiqamətdə addımlar atmağa və bu prosesə töhfə verməyə hazırdır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google