"Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq
Gürcüstan Cənubi Qafqaz regionunda sülh və inkişafı təşviq
edir".
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in
xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.
“Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət
üçtərəfli dialoq platformasının yaradılması üzrə yeni təşəbbüs
irəli sürürük. Gürcüstan müxtəlif formalı üçtərəfli görüşlərə ev
sahibi olmağa hazırdır”, - o əlavə edib.
Zalkaliani həmçinin Gürcüstanın Baş nazirinin BMT Baş
Assambleyasının sentyabr ayında keçirilmiş iclası zamanı dinc
qonşuluq təşəbbüsü ilə də çıxış etdiyini xatırladıb.
Mənbə: report.az