Gürcüstan GUAM-a sədrliyi Moldovaya təhvil verib
İsveçin paytaxtı Stokholmda GUAM təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası keçirilib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Gürcüstanın XİN başçısı David Zalkaliani ölkənin GUAM-a 2021-ci ildə sədrliyinin yekunları və pandemiyaya baxmayaraq, il ərzində əldə olunmuş nəticələr barədə məlumat təqdim edib.

Tərəflər təşkilatın gündəliyində duran əməkdaşlığın əsas məsələləri, həmçinin siyasi, parlamentlərarası, sahələrarası, eyni zamanda “GUAM+” formatı çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Müzakirələr zamanı regionda təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. GUAM çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin koordinasiyasının önəmi vurğulanıb.

İclasın sonunda təşkilata sədrliyin Moldovaya təhvil verilməsi barədə protokol imzalanıb. D.Zalkaliani Gürcüstanın GUAM-a sədrliyi müddətində əməkdaşlığa görə həmkarlarına minnətdarlıq edib və 2022-ci ildə təşkilata rəhbərlik edəcək Moldova tərəfinə uğurlar arzulayıb.

Mənbə: report.az
Print