Bu gün, 3 dekabr tarixində yeni çağırış Bələdiyyə Məclisinin ilk
iclası keçirilir.
Yerli özünüidarə seçkilərinin nəticəsinə əsasən, Marneuli Bələdiyyə
Məclisinə yalnız iki partiya daxil olub.
Bu günkü iclasda səs vermə yolu ilə
Bələdiyyə məclisinin sədri və onun müavinləri
seçiləcək.
Məclisdə “Gürcü Arzusu” çoxluqla, “Vahid Milli Hərəkat” isə altı
üzvlə təmsil olunacaq.
Qeyd edək ki, Vahid Milli Hərəkatın üzvləri də Bələdiyyə Məclisinin
ilk iclasında iştirak edirlər.
İclas meriyanın kiçik zalında keçirilir.
Mərkəzi Seçki Komissiyası 2021-ci ilin 2 oktyabr tarixində
keçirilmiş seçki nəticəsində seçilmiş Bələdiyyə Məclislərinin ilk
iclasını 3 dekabr, saat 12:00-da dəvət edib. Müvafiq olaraq,
2017-ci il çağırışı Bələdiyyə Mərkəzinin səlahiyyətləri 3 dekabrda
dayandırılacaq. Ona qədər isə onların bir qismi 2022-ci ilin
büdcəsini təsdiqləyə bilib.