Məhkəmə kovid pasportu məsələsinə görə qərar çıxarıb
Tbilisi Şəhər Məhkəməsi “Yaşıl pasport” işi üzrə qərar çıxarıb. “İnsan Haqları Naminə Tərəfdaşlıq” QHT-nin şikayəti məhkəmə tərəfindən təmin edilməyib.

Söhbət hökumətin koronovirus xəstəliyi keçirmiş şəxslərə ömürlük yaşıl pasport vermək qərarından gedir. Məhkəmə iddiaçıdan bunun əksini sübut edən elmi sübut istəyib. İddiaçı koronovirus keçirmiş şəxslərin ömürlük immunitetinin olmadığını sübut etməyə borcludur.

QHT qərardan Apellyasiya Məhkəməsinə şikayət etməyi planlaşdırır. Dekabrın 1-dən ölkədə peyvənd olunmuş şəxslərin statusunu müəyyən etmək üçün “yaşıl pasport”un tətbiqinə başlanılıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google