Azərbaycan Gürcüstana 90 tona qədər kartof qaytarıb
Azərbaycan Gürcüstana 89,6 ton çirklənmiş kartof qaytarıb. Bu barədə Trend portalı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat yayıb.

Qurumdan verilən məlumata görə, hüquqi şəxs olan “ZE-DENT” MMC tərəfindən ölkəyə gətirilən kartof partiyasına baxış zamanı məhsuldan nümunələr götürülüb.

Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında aparılan təhlillər zamanı məhsulda zərərvericinin, kartof nematodunun (Ditylenchus destructor Thorne) olması müəyyən edilib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google