Gürcüstan Müdafiə Qüvvələri Avropa Sülh Fondundan 12,75 milyon avro yardım alacaq
Avropa Şurasının qərarına əsasən, Gürcüstan Müdafiə Qüvvələri Avropa Sülh Fondundan 12,75 milyon avro yardım alacaq. Məlumatı Aİ Xarici Fəaliyyət Xidməti yayıb.

Açıqlamada 36 ay müddətində 12,75 milyon avro veriləcəyi bildirilib.

“Bu tədbir Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarını, o cümlədən böhran və ya fövqəladə vəziyyətlərdə mülki şəxslərə xidmət göstərmək imkanlarını gücləndirməyə kömək edəcək. Xüsusilə, o, ölümcül olmayan tibbi və mühəndis avadanlıqları və mülki mobillik aktivləri ilə təmin edir”, - məlumatda deyilir.

Aİ-yə görə, daha üç ölkə yardım alacaq. Diplomatik xidmətin məlumatına görə, Ukrayna - 31 milyon avro, Mali Respublikası - 24 milyon avro, Moldova isə 7 milyon avro alacaq.

Mənbə: İnterPressNews
Print