Amiran Qiorqadze növbəti dəfə Marneuli Bələdiyyə Məclisinin sədri seçilib
Bu gün, 3 dekabr tarixində yeni çağırış Bələdiyyə Məclisinin ilk iclası keçirilir. Bugünkü iclasda Amiran Qiorqadze növbəti dəfə Marneuli Bələdiyyə Məclisinin sədri seçilib. O, növbəti 4 il ərzində Bələdiyyə Məclisinin sədri postunu tutacaq.

Yerli özünüidarə seçkilərinin nəticəsinə əsasən, Marneuli Bələdiyyə Məclisinə yalnız iki partiya daxil olub.

Məclisdə “Gürcü Arzusu” çoxluqla, “Vahid Milli Hərəkat” isə altı üzvlə təmsil olunacaq.

Qeyd edək ki, Vahid Milli Hərəkatın üzvləri də Bələdiyyə Məclisinin ilk iclasında iştirak edirlər.

İclas meriyanın kiçik zalında keçirilir.

Mərkəzi Seçki Komissiyası 2021-ci ilin 2 oktyabr tarixində keçirilmiş seçki nəticəsində seçilmiş Bələdiyyə Məclislərinin ilk iclasını 3 dekabr, saat 12:00-da dəvət edib. Müvafiq olaraq, 2017-ci il çağırışı Bələdiyyə Mərkəzinin səlahiyyətləri 3 dekabrda dayandırılacaq. Ona qədər isə onların bir qismi 2022-ci ilin büdcəsini təsdiqləyə bilib.
Print Email
FaceBook Twitter Google