Tələbələrlə növbəti görüş Marneulidə, “Modus” kollecinin yeni kampusunda keçiriləcək
İHHŞ “Modus” kollecinin peşə təhsili proqramlarının tələbələri ilə İHHŞ Dövlət Məşğulluğun Təşviqi Agentliyinin nümayəndələrinin görüşü keçirilib.

Görüş zamanı kollec tələbələri Məşğulluğa Kömək Dövlət Agentliyinin proqram və xidmətləri, eləcə də əmək bazarındakı imkanlar barədə məlumatlandırılıb.

Sözügedən görüş çərçivəsində peşə təhsili proqramı üzrə təhsil alan tələbələrə əmək bazarının idarə edilməsi üzrə www.worknet.gov.ge informasiya sistemində qeydiyyatdan keçmək və fərdi məsləhət xidmətləri almaq imkanı verilib. Tələbələr sistemdə qeydiyyatdan keçdikdən sonra maraqlarına uyğun müxtəlif vakansiyalar haqqında məlumat alacaqlar.

Görüşün məqsədi “Modus” kolleci tələbələrinin məşğulluq proqramlarına informasiya dəstəyi vermək olub. İkitərəfli əməkdaşlıq tələbələrə sistematik şəkildə həm qrup məsləhəti, həm də fərdi karyera planlaşdırma xidmətləri təklif etmək imkanı verir. Tələbələrlə növbəti görüş Marneulidə, “Modus” kollecinin yeni kampusunda keçiriləcək.

Print Email
FaceBook Twitter Google