Bu gün, 3 dekabr tarixində yeni çağırış Bələdiyyə Məclisinin ilk
iclası keçirilir.
Marneuli Bələdiyyə Məclisi sədrinin üçüncü müavini vəzifəsi Rövşən
İskəndərovun namizədliyi irəli sürülüb.
Yerli özünüidarə seçkilərinin nəticəsinə əsasən, Marneuli Bələdiyyə
Məclisinə yalnız iki partiya daxil olub.
Məclisdə “Gürcü Arzusu” çoxluqla, “Vahid Milli Hərəkat” isə altı
üzvlə təmsil olunacaq.
Qeyd edək ki, Vahid Milli Hərəkatın üzvləri də Bələdiyyə Məclisinin
ilk iclasında iştirak edirlər.