Marneuli Bələdiyyə Məclisi sədrinin birinci müavini Tariel Məmmədov olub
Bu gün, 3 dekabr tarixində Marneulinin yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclası keçirildi. Bələdiyyə Məclisinin sədri vəzifəsinə Amiran Qiorqadze seçildikdən sonra o, birinci müavinliyə namizəd olaraq yalnız Tariel Məmmədovu elan edib. Bələdiyyə Məclisinin 28 üzvü Tariel Məmmədovun namizədliyini dəstəkləyib. 6 üzv isə əleyhinə səs verib, bir bülleten isə etibarsız hesab edilib.

Tariel Məmmədov Marneulinin 2021-2025-ci il çağırış Bələdiyyə Məclisinə "Gürcü Arzusu" partiyasından daxil olub. O, Marneuli majoritar dairəsinin namizədi idi. Məmmədov əvvəlki çağırış Bələdiyyə Məclisinin də üzvü olub.

Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisində ümumilikdə 33 üzv var. Onlardan 6 nəfəri Vahid Milli Hərəkatın nümayəndəsidir. VMH-ın üzvü Laşa Kveladze Bələdiyyə Məclisinin iclasında bildirib ki, VMH təqdim olunan heç bir namizədi dəstəkləməyəcək. Çünki ilk iclasın keçirilməsi, sədr və müavinlərin təyin olunması da yalnız formal xarakter daşıyır.

Print Email
FaceBook Twitter Google