Bu gün, 3 dekabr tarixində Marneulinin yeni seçilmiş Bələdiyyə
Məclisinin ilk iclası keçirildi. Bələdiyyə Məclisinin sədri
vəzifəsinə Amiran Qiorqadze seçildikdən sonra o, birinci müavinliyə
namizəd olaraq yalnız Tariel Məmmədovu elan edib.
Bələdiyyə Məclisinin 28 üzvü Tariel Məmmədovun namizədliyini
dəstəkləyib. 6 üzv isə əleyhinə səs verib, bir bülleten isə
etibarsız hesab edilib.
Tariel Məmmədov Marneulinin 2021-2025-ci il çağırış Bələdiyyə
Məclisinə "Gürcü Arzusu" partiyasından daxil olub. O, Marneuli
majoritar dairəsinin namizədi idi. Məmmədov əvvəlki çağırış
Bələdiyyə Məclisinin də üzvü olub.
Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisində ümumilikdə 33 üzv var.
Onlardan 6 nəfəri Vahid Milli Hərəkatın nümayəndəsidir. VMH-ın üzvü
Laşa Kveladze Bələdiyyə Məclisinin iclasında bildirib ki, VMH
təqdim olunan heç bir namizədi dəstəkləməyəcək. Çünki ilk iclasın
keçirilməsi, sədr və müavinlərin təyin olunması da yalnız formal
xarakter daşıyır.