Rusiyada Sibir oftalmoloji klinikalar şəbəkəsinin sahibi Aleksandr
Padar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə verib
və ona koronavirusun yeni ştammını ifadə etmək üçün “Omikron”
sözündən istifadənin qadağan edilməsini tələb edib.
Klinikanın təsisçisinin sözlərinə görə, tibb müəssisəsinin adı
qeydiyyatdan keçmiş ticarət nişanıdır və COVID-19 ştammı ilə
assosiasiya klinikanın işgüzar nüfuzuna xələl gətirir.
“Bir özünüz düşünün, əgər kimsə “Omikron”dan ölürsə -
qohumunuz və ya dostunuz - o zaman çətin ki, eyni adlı klinikaya
müraciət etməli olarsınız”, - deyə Padar
bildirib.
İlk “Omikron” klinikasının açılışı 2015-ci ildə Novokuznetskdə baş
tutub. Hazırda tibb müəssisəsi Rusiyanın 11 şəhərində fəaliyyət
göstərir.
Mənbə: oxu.az