Marneuli Bələdiyyə Məclisində iki fraksiya yaradılıb
Marneuli Bələdiyyə Məclisində iki fraksiya yaradılıb. “Gürcü Arzusu” fraksiyasında 27 üzv, “Vahid Milli Hərəkatda” isə 5 üzv birləşib.

Qeyd edək ki, Bələdiyyə Məclisinə “Gürcü Arzusu”-ndan 27 üzv, “VMH”-dan isə 6 üzv daxil olub. “VMH”-ın bir üzvü, Nərgiz Əliyeva fraksiyada birləşməkdən imtina edib. Əliyeva öz qərarı barədə müsahibə verməkdən imtina etdi.


“Gürcü Arzusu” fraksiyasına sədr olaraq Besik Qelenidze seçilib. Onun yeddi müavini olacaq.

“Gürcü Arzusu” fraksiyasının sədr müavinləri Omar İrişov, Maia Qelaşvili, Vano Burnadze, Adil Qurbanov, Ceyhun Çoydarov, Arsen Axverdyan və Levan Akopyan olacaq.

“Vahid Milli Hərəkat” fraksiyasının sədri olaraq isə Laşa Kveladze seçilib. Onun müavini Ramal Əhmədov olacaq.

Bu gün, 3 dekabr tarixində Bələdiyyə Məclisinin baş tutan ilk iclasında Bələdiyyə Məclisi sədri və onun müavinləri seçilib. Bələdiyyə Məclisi sədri yenidən Amiran Qiorqadze olacaq. Onun müavinləri olaraq isə Tariel Məmmədov, Riçard Qiqani və Rövşən İsgəndərov seçilib.

"Marneuli" Radiosu
Print