Bu gün, 3 dekabr tarixində, Marneulinin yeni seçilmiş Bələdiyyə
Məclisinin ilk iclası baş tutub. Bələdiyyə sədri vəzifəsinə Amiran
Qiorqadze seçildikdən sonra o,
birinci müavinliyə namizəd olaraq yalnız Tariel Məmmədovu təqdim
edib. İkinci müavin isə Riçard Qiqani təyin olunub. Bələdiyyə
Məclisi üzvləri səs çoxluğu ilə onu seçiblər.
Riçard Qiqani 2017-ci il Bələdiyyə Məclisinin deputatı idi. Son bir
neçə ay ərzində Bələdiyyə Məclisinin sədr müavini vəzifəsini
tuturdu. O, Bələdiyyə Məclisindən getmiş Mamuka Naverianini əvəz
edirdi.