Marneuli Bələdiyyə Məclisi sədrinin ikinci müavini Riçard Qiqani təyin olunub
Bu gün, 3 dekabr tarixində, Marneulinin yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclası baş tutub. Bələdiyyə sədri vəzifəsinə Amiran Qiorqadze seçildikdən sonra o, birinci müavinliyə namizəd olaraq yalnız Tariel Məmmədovu təqdim edib. İkinci müavin isə Riçard Qiqani təyin olunub. Bələdiyyə Məclisi üzvləri səs çoxluğu ilə onu seçiblər.

Riçard Qiqani 2017-ci il Bələdiyyə Məclisinin deputatı idi. Son bir neçə ay ərzində Bələdiyyə Məclisinin sədr müavini vəzifəsini tuturdu. O, Bələdiyyə Məclisindən getmiş Mamuka Naverianini əvəz edirdi.


"Marneuli" Radiosu
Print