Marneulidə yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclasında, “Vahid
Milli Hərəkat” partiyasının nümayəndələri “Gürcü Arzusunun” elan
etdiyi namizədləri dəstəkləməyib.
Marneuli Bələdiyyə Məclisi sədri olaraq Amiran Qiorqadze, müavinlər
isə Tariel Məmmədov, Riçard Qiqani və Rövşən İsgəndərov seçilib.
Bələdiyyə Məclisinin üzvü Laşa Kveladze bildirdi ki, səsvermə və
iclaslar formal şəkildə keçirilir, ona görə ki, Gürcüstanda total
saxtalaşdırılmış seçkilər fonunda səs verməyin mənası yoxdur.
“Biz Gürcü Arzusundan təqdim olunmuş heç bir namizədi
dəstəkləmirik. Çünki hamımız bilirik ki, seçkilər necə keçirildi –
total saxtalaşdırma fonunda. Bu onlar tərəfindən oğurlanmış
mandatlardır. Buradan irəli gələrək, biz onların heç birini
dəstəkləməyəcəyik. Mənası yoxdur, formal səsvermə və iclaslar
keçirilir. Qərar verilib, kimi seçəcəklərini bilirlər və iştirak
etməyin mənası yoxdur. Yenə sona qədər mübarizə aparacağıq ki,
Bələdiyyə Məclisinin aldığı hər bir tetri, hər bir qərar
Marneulinin firvanalığına və əhalinin inkişafına xərclənsin. Əhali
onu da nəzərə almalıdır ki, bu Bələdiyyə Məclisinin ümidinə qalmaq
olmaz. Təşəbbüsü öz üzərimizə götürməliyik, ədalət üçün mübarizə
aparmalıyıq. Bu həqiqət Gürcüstan üçün və cənab Mixeil
Saakaşvilinin azad edilməsi üçün birləşməyimizdir. Məhz bundan
sonra Gürcüstanın qurulması başlayacaq.”
Bugünkü Bələdiyyə Məclisində fraksiyalar da yaradıldı. Marneuli
Bələdiyyə Məclisində iki fraksiya yaradılıb. “Gürcü Arzusu”
fraksiyasında 27, “Vahid Milli Hərəkat” fraksiyasında isə 5 üzv
birləşib.
“VMH”-ın üzvlərindən biri, Nərgiz Əliyeva fraksiyada birləşməkdən
imtina edib. Əliyeva öz qərarı barədə müsahibə vermək istəmədi.