Marneulinin yeni çağırış Bələdiyyə Məclisinin sədri yenidən Amiran Qiorqadzedir
Bu gün, 3 dekabr tarixində, Marneuli bələdiyyəsinin 2021-25-ci illər çağırış Bələdiyyə Məclisinin ilk iclasında Bələdiyyə Məclisi sədri vəzifəsinə yenidən Amiran Qiorqadze seçilib.

Amiran Qiorqadze əvvəlki çağırış Bələdiyyə Məclisinin də sədri idi.

“Bələdiyyə Məclisinin 25 üzvü Amiran Qiorqadzenin namizədliyinə səs verib, Bələdiyyə Məclisinin 6 nəfər üzvü isə onun əleyhinə səs verib. Mövcud bülletenlər əsasında, gizli səsvermə ilə 25 nəfər Bələdiyyə Məclisi üzvü Marneuli Bələdiyyə Məclisinin sədr vəzifəsinə Amiran Qiorqadzenin namizədliyini dəstəkləyib. Buradan irəli gələrək, Marneuli Bələdiyyə Məclisinin sədri vəzifəsinə Amiran Qiorqadze seçilir”, – səsləri hesablayan komissiya üzvü bildirdi.


Qiorqadze deputatlara göstərdikləri etimada görə minnətdarlığını bildirib və birinci müavininin namizədliyini təqdim edib. Amiran Qiorqadze birinci müavin olaraq Tariel Məmmədovun namizədliyini irəli sürüb.


Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisində ümumilikdə 33 üzv var. Onlardan 6 nəfəri Vahid Milli Hərəkatın nümayəndəsidir. VMH-ın üzvü Laşa Kveladze Bələdiyyə Məclisinin iclasında bildirib ki, VMH təqdim olunan heç bir namizədi dəstəkləməyəcək. Çünki ilk iclasın keçirilməsi, sədr və müavinlərin təyin olunması yalnız formal xarakter daşıyır.
Print Email
FaceBook Twitter Google