NATO kifayət qədər aqressiv mövqe nümayiş etdirir və heç bir
qırmızı xətt tanımır. Bu, Rusiyanın xoşuna gəlmir. Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov “Russia Today”
telekanalına müsahibəsində “Moskva öz maraqlarını sığortalayır”
deyib.
O bildirib ki, Rusiya öz maraqlarını qoruyur.
“Biz indi NATO-nun kifayət qədər aqressiv olduğunu görürük. Biz
cənab Stoltenberqin və Amerikanın müxtəlif nümayəndələrinin
ritorikasını görürük. Heç bir qırmızı xətti tanımamaqdan danışırlar
– bu bir, ikincisi, deyirlər ki, NATO nə istəsə, edəcək, üçüncüsü -
istədiyi ərazidə bunu edəcək, dördüncüsü, bütün bunları Rusiyanı
çəkindirmək üçün edir. Bu, bizim xoşumuza gəlmir. Biz bunu öz
maraqlarımızı sığortalamaq üçün edirik", - deyə
Peskov bildirib.