Zuqdidi-Mestia yolunun hissələrinin birində, Barcaş kəndi
yaxınlığında qaya uçaraq Zemo Svanetiyə gedən yeganə yolu bağlayıb.
Yol Departamentindən Netgazeti-yə verilən məlumata görə, hadisə
yerinə iri qaya qalıqları düşüb, onlar ağır texnika ilə təmizlənir,
lakin işlərin davam etdirilməsi üçün qazma və partlayış işlərinə
ehtiyac var.
Vertolyotlar və təyyarələrdən başqa, ilin bu vaxtında Yuxarı
Svanetiyə çatmağın yeganə yolu Zuqdidi-Mestia yoludur.