"”Gürcü arzusu”nun Strasburqa səfəri iflasa uğradı" - Samadaşvili
“Gürcü Arzusu”nun Strasburqa səfəri tam iflasa uğradı, bir çox insan görüşdə iştirakdan imtina etdi”, - deyə müxalifətçi deputat Salome Samadaşvili bildirib.

“Birbaşa deyə bilərəm ki, bir sıra siyasi qrupların nümayəndələri Kobaxidze ilə görüşməyiblər, görüşməkdən imtina ediblər, çünki onlarla görünmək onsuz da zərərlidir. O cümlədən, onların arasında vaxtilə Avropada “Gürcü arzusu”nun ciddi müttəfiqi olmuş insanlar da olub. “Gürcü arzusu” ilə görüşmək artıq bir çox siyasətçilər üçün nüfuzdan düşmək deməkdir”, - deyə Samadaşvili Formula 1-ə bildirib.

Mənbə: report.ge

Print