Gürcüstanın yeganə milli loukosteri ləğv olunur
Gürcüstanın Mülki Aviasiya Agentliyi ölkənin yeganə milli aşağıbüdcəli “MyWay Airlines” aviaşirkətinin lisenziyasını geri alıb.

Buna səbəb şirkətin səhmlərinin 40 %-nin xarici ölkə vətəndaşına satılmasıdır.

Hazırda “MyWay Airlines”in səhmlərinin 89 %-i əcnəbiyə məxsusdur ki, bu da Gürcüstan qanunvericiliyinə əsasən yolverilməzdir.

Loukoster öz növbəsində Mülki Aviasiya Agentliyinin qərarını əsaslandırılmamış hesab edir. Şirkət rəhbərliyi məhkəməyə müraciət etmək niyyətindədir.

“MyWay Airlines”ı Gürcüstanda 2018-ci ildə Çinin “Hualing Group” şirkəti yaradıb. Həmin ilin noyabrında Çindən Gürcüstana 43,4 milyon ABŞ dolları dəyərində iki təyyarə idxal olunub. Şirkət ilk reysi 2019-cu ilin martında Tehran istiqamətində yerinə yetirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google