Gürcüstanın Mülki Aviasiya Agentliyi ölkənin yeganə milli
aşağıbüdcəli “MyWay Airlines” aviaşirkətinin lisenziyasını geri
alıb.
Buna səbəb şirkətin səhmlərinin 40 %-nin xarici ölkə vətəndaşına
satılmasıdır.
Hazırda “MyWay Airlines”in səhmlərinin 89 %-i əcnəbiyə məxsusdur
ki, bu da Gürcüstan qanunvericiliyinə əsasən yolverilməzdir.
Loukoster öz növbəsində Mülki Aviasiya Agentliyinin qərarını
əsaslandırılmamış hesab edir. Şirkət rəhbərliyi məhkəməyə müraciət
etmək niyyətindədir.
“MyWay Airlines”ı Gürcüstanda 2018-ci ildə Çinin “Hualing Group”
şirkəti yaradıb. Həmin ilin noyabrında Çindən Gürcüstana 43,4
milyon ABŞ dolları dəyərində iki təyyarə idxal olunub. Şirkət ilk
reysi 2019-cu ilin martında Tehran istiqamətində yerinə
yetirib.