Poniçalada avtomobil qəzası nəticəsində bir piyada həlak olub.
Yolu keçən kişini yük avtomobili vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən Netqazeti-yə verilən məlumata görə,
hadisə bu gün, dekabrın 7-də baş verib. Faktla bağlı hadisə yerində
araşdırma tədbirləri davam etdirilir.