Gürcüstan Səhiyyə nazirinin əmrinə əsasən, gücləndirici (buster)
doza ilə peyvənd olunma müddəti 6 aydan 5 aya endirildi.
Sənədə əsasən, Pfizer/BioNTech gücləndirici peyvənd dozası ilkin
peyvəndin vurulmasından ən azı 5 ay keçdikdən sonra vurulmalıdır və
bu müddət ikinci peyvənd dozasının vurulmasından
hesablanmalıdır.
Qurum, eyni və ya fərqli peyvəndin gücləndirici doza kimi istifadə
oluna biləcəyini söyləyir.
Covid-19 inaktivləşdirilmiş peyvəndləri (Sinovac, Sinopharm) ilə
peyvənd edilmiş şəxslər üçün peyvəndin ilkin kursunun başlamasından
ən azı 3 ay sonra gücləndirici doza verilməlidir.
12-15 yaşlı böyüklər üçün ilk dozadan sonra 3-12 həftəlik
fasilələrlə Covid-19 əleyhinə Pfizer-BioNTech peyvəndinin ikinci
dozasının tətbiqi tövsiyə olunur.