Dövlət Müfəttişliyi İdarəsi Gürcüstanın üçüncü prezidenti Mixeil
Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı
araşdırmanı başa çatdırıb və müəyyən edib ki, Ədliyyə Nazirliyi və
Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatlar haqqında” qanunu
pozaraq məlumatları açıqlayıb.
Agentlikdən İnterpressNews-a verilən məlumata görə, dövlət
müfəttişi Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati
məsuliyyətə cəlb edib. O cümlədən, hər iki qurum ümumilikdə 2500
lari məbləğində cərimələnib.
Baş Müfəttişlik müəyyən edib ki, Saakaşvilinin şəxsi məlumatları, o
cümlədən sabiq prezidentin cəzaçəkmə müəssisəsində aldığı və
istehlak etdiyi məhsullar və onun pəhrizi, tibb mərkəzində yemək
yeməsinin videoyazısı və bəzi qida əlavələrinin fotoşəkilləri
haqqında məlumatların yayılması ilə “Fərdi məlumatlar haqqında”
qanun pozulub.
“
Xüsusi Penitensiar Xidmət Gürcüstanın “Fərdi
məlumatların mühafizəsi haqqında” qanununun 44-cü maddəsinin ikinci
bəndində nəzərdə tutulmuş inzibati xətalara görə cərimələnib.
Eyni zamanda, Gürcüstanın Ədliyyə Nazirliyinə və Xüsusi Penitensiar
Xidmətə Mixeil Saakaşvilinin şəxsi məlumatlarını əks etdirən video
və audio-video yazıları Facebook rəsmi sosial şəbəkəsindən, eləcə
də rəsmi saytlardan silmək tapşırılıb”, - Dövlət
Müfəttişliyi Xidmətinin yaydığı məlumatda deyilir.