Mixeil Saakaşvili - Gürcüstanda ən azı 2 müstəqil qurum var - Xalq Müdafiəçisi və Dövlət Müfəttişi formasında və diqqətəlayiqdir ki, hər ikisinə qadınlar rəhbərlik edir

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili dövlət müfəttişinin qərarına münasibət bildirib.



Mixeil Saakaşvilinin Facebook səhifəsində yazdığı kimi, Gürcüstanda ən azı 2 müstəqil dövlət qurumu var - Xalq Müdafiəçisi və Dövlət Müfəttişi formasında.

“Dövlət müfəttişinin hüquqlarımın pozulmasının müəyyən edilməsi və Ədliyyə Nazirliyi tərəfindən bundan sonra belə hərəkətlərin qadağan edilməsi barədə qərarını alqışlayıram. Bu o deməkdir ki, Gürcüstanda ən azı 2 müstəqil dövlət qurumu var - Xalq Müdafiəçisi və Dövlət Müfəttişi formasında. Maraqlıdır ki, hər ikisinə qadınlar rəhbərlik edir. Mən onu da bilirəm ki, bir çox müxtəlif dövlət orqanlarında çoxlu layiqli və vətənpərvər vətəndaşlar var və mən onlardan ədalətsiz faktlara qarşı ədalətli mövqe tutacaqlarını gözləyirəm", - deyə Saakaşvili yazıb.

Məlumat üçün bildirək ki, Dövlət Müfəttişliyi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı araşdırmanı başa çatdırıb və müəyyən edib ki, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatlar haqqında” qanunu pozaraq məlumatları açıqlayıb. Dövlət müfəttişi Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib. O cümlədən, hər iki qurum ümumilikdə 2500 lari məbləğində cərimələnib.

Mənbə: İnterPressNews

 

Print