Gürcüstanda Rusiyameyilli ultra-millətçi partiya qeydiyyata alınıb
Gürcüstanda “Mühafizəkar hərəkat” adlı yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Partiya 7 dekabr tarixində qeydiyyatdan keçib.

Siyasi təşkilatın təsisçisi “Alt-İnfo” onlayn media resursudur. Partiyanın sədri Zurab Maxaradze, baş katibi isə Qiorqi Kardava olacaq.

Ultra-mühafizəkar və millətçi “Mühafizəkar hərəkat”ın əsas məqsədi Gürcüstanda liberal deyil, xristian demokratiyası qurmaqdır.

ABŞ və Avropa İttifaqına qarşı çıxan partiya liderləri Gürcüstanın Rusiya ilə münasibətlərinin bərpasının tərəfdarıdır.

Gürcüstanın hüquq müdafiəçiləri ultra-millətçi partiyanın qeydiyyata alınmasını hiddətlə qarşılayıblar.

Qeyd edək ki, “Alt-İnfo” 20 noyabrda təsis edilib.


Mənbə: report.az
Print Email
FaceBook Twitter Google