Gürcüstanın Qori hərbi hospitalında müalicə olunan üçüncü
prezidenti Mixeil Saakaşvili müraciət yayıb.
O, istənilən tibbi müalicəni dayandırdığını bildirib.
Siyasətçi qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin
Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə
yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb.
M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına
normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini
vurğulayıb.
Xatırladaq ki, Dövlət Müfəttişliyi Xidməti Gürcüstanın Ədliyyə
Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb
edib. Xidmət hər iki qurumun M.Saakaşvilinin şəxsi məlumatlarını
yaymasını qanunsuz hesab edərək onları cərimələyib.